Ru
00:05 / 23 Noyabr 2022

68 yaşlı kişi boyunu əməliyyatla uzatmaq üçün sərvət xərclədi - FOTO

7955
68 yaşlı ABŞ vətəndaşı Roy Konn boyunu uzatmaq üçün əməliyyat olunub.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, öz boyu 1.70 santimetr olan Roy arzuladığı ölçüyə çatmaq üçün 130 min funt-sterlinq pul ödəməli olub.


Məlumata görə, 3 ay çəkən əzablı günlərdən sonra onun boyu 1.79 santimetrə çatıb.


Roy qatıldığı televiziya verilişində 68 yaşında niyə belə bir əməliyyat etdirdiyi ilə bağlı sualları cavablandırıb. O,
xoşbəxt bir evliliyinin olduğunu, əməliyyatı özü üçün etdirdiyini bildirib:


"Daha öncə əməliyyatı qarşılayacaq imkanım olmayıb. Həyat yoldaşım məni olduğum kimi sevirdi. Əməliyyatı özüm üçün istədim. Əvvəl çox çətin və əzablı idi, amma öhdəsindən gəldim".


Onun cərrahı isə qeyd edib ki, bu cür əməliyyat 2 saata yaxın vaxt alır.


"Ancaq əməliyyatdan sonra pasientin uzanma prosesi başlayır. Gündə 1 milimetr uzanır. Təxminən 3 santimetr uzanmaq üçün 25 gün, 9 santimetr uzunluq əldə etmək üçün isə iki ay yarım vaxt lazımdır", - deyə cərrah qeyd edib.


Aysel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər