Ru
11:49 / 16 Oktyabr 2026

900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO

900 manatlıq iş elanında qadına əxlaqsız təklif:  Həm işçi axtarıram, həm sevgili - VİDEO
Eye

Karyera mentoru Aysel Əlizadə 900 manat maaşlı vakansiya adı altında qadınlara sevgili olmağı təklif edən şəxsi ifşa edib.

"Bakupost" xəbər verir ki, o, sosial şəbəkə hesabında 750-900 manat maaş təklif edilən “Kassir, nəzarətçi, satıcı axtarılır” adlı vakansiya üzrə müraciət edən qadına iş əvəzinə əxlaqsız təkliflər edildiyini göstərən yazışmaları paylaşıb.

Yazışmalardan görünür ki, elan sahibi iş üçün müraciət edən qadına təkcə işçi deyil, həm də sevgili axtardığını bildirib.

Mentor bu cür yanaşmanın təkcə etik normalara zidd olmadığını, eyni zamanda əmək hüquqlarının pozulması, seksual qısnama və cinsi ayrı-seçkilik əlamətləri daşıdığını qeyd edib.

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar