Türkiyənin sabiq Prezidenti Abdullah Gül koronavirusa yoluxub.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Gül xəstəliyi yüngül keçirir. O, təcrid edilib və müalicəsini evində davam etdirir.
Qeyd edək ki, Türkiyə dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur. Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb.