Ru
22:22 / 05 Avqust 2024

Abituriyentlərin nəzərinə! Bu ali məktəbə əlavə sənəd qəbulu elan edilir

Abituriyentlərin nəzərinə! Bu ali məktəbə əlavə sənəd qəbulu elan edilir
Eye

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının "Sərhəd təhlükəsizliyi və idarəetmə" ixtisası üzrə plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupunun hər hansı biri üzrə keçirilən qəbul imtahanında 150 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər 6-10 avqust 2024-cü il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar