Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Bakupost.az xəbər verir ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 6-cı sammitindəki çıxışında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına inandığını bildirib.
Aygün, Bakupost.az