Ru
11:45 / 08 İyul 2024

ABŞ-da qalmaqal: Jurnalist Baydenə görə işdən qovuldu

1681
Amerikalı radio aparıcısı Louful-Sanders Baydenlə müsahibədən sonra işdən qovulub.

Bakupost.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, buna səbəb onun yalnız Ağ Evin əvvəlcədən hazırladığı sualları verib.


WURD Radio-nun internet saytında aparıcının bu hərəkətinin şirkətin müstəqil media siyasətinə zidd olduğu, radiostansiyanın “Bayden administrasiyası və ya başqaları üçün rupor olmadığını” vurğulanıb.


Şirkət həmçinin vurğulayıb ki, Louful-Sanders müsahibəni özü təşkil edib. O, bunu rəhbərliklə razılaşdırmayıb və müsahibəyə müstəqil şəkildə hazırlaşıb. Buna görə də radiostansiyanın rəhbərliyi dərhal jurnalistlə yollarını ayırmaq qərarına gəlib.


Bundan bir qədər əvvəl Baydenin seçki qərargahı artıq Amerika lideri ilə müsahibə üçün əvvəlcədən jurnalistlərə suallar göndərməyəcəklərini açıqlayıb.


Bu arada “The Wall Street Journal” yazır ki, ABŞ prezidenti yalnız ekspromt olmayan, onun adamları tərəfindən bəyənilən suallara əvvəlcədən etdiyi qeydlər əsasında cavab verə bilir.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər