Ru
12:59 / 03 Noyabr 2023

ABŞ girovları kəşfiyyat PUA-sı ilə axtarır

ABŞ girovları kəşfiyyat PUA-sı ilə axtarır
Eye

ABŞ Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovları axtarmaq üçün kəşfiyyatçı pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.

Bakupost.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Amerika PUA-larından istifadə etməklə girovların axtarışı azı bir həftədir ki, davam edir.

Reuters bildirib ki, ABŞ administrasiyası HƏMAS yaraqlılarının İsrailə daxil olmasından sonra itkin düşdüyü bildirilən 10 Amerika vətəndaşının radikal Fələstin hərəkatının yaraqlıları tərəfindən saxlanılan 200-dən çox girov arasında ola biləcəyinə inanır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bunan əvvəl bildirib ki, ABŞ hakimiyyəti Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda bir sıra fasilələrin təmin edilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, bu, Qəzza zolağına humanitar yardımın çatdırılması və insanların, o cümlədən girovların təhlükəsiz çıxarılmasını təmin etmək üçün işi davam etdirmək üçün lazımdır.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar