Ru
12:27 / 27 Sentyabr 2024

ABŞ-ni qasırğa vurdu: Ölənlər var

ABŞ-ni qasırğa vurdu: Ölənlər var
Eye

ABŞ-ın Florida ştatında Helene qasırğası 3 nəfərin ölümünə səbəb olub.

Bakupost.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, Helene qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub.

Bölgədə güclü külək və yağışlara səbəb olan 4-cü kateqoriya qasırğa səbəbindən ilkin məlumata görə, Florida ştatında 3 nəfər ölüb.

Florida qubernatoru Ron DeSantis mətbuata açıqlamasında sakinlərə qasırğadan qorunma barədə xəbərdarlıq edıb.

Səlahiyyətlilər Helene qasırğasının Corciya və Şimali Karolina ştatlarında təsirini davam etdirəcəyini, Floridada isə 1,2 milyondan çox ev və iş yerinin işıqsız qaldığını bildirib.

Qasırğa ilə əlaqədar dünən Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında "fövqəladə vəziyyət" elan edilib.


Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar