Ru
10:43 / 07 İyul 2022

ABŞ və 34 dövlət Rusiyanın beynəlxalq idmandan çıxarılmasını istəyir

2825
ABŞ və daha 34 ölkə Rusiya Federasiyasını idmandan təcrid etmək barədə çağırış edib.


Onlar Rusiya və Belarusun beynəlxalq idman federasiyalarında üzvlüyünü ləğv etmək təklifini verib.


Bakupost.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatında buna 34 ölkə imza atıb.


"Rusiya və Belarusun Mili idman komitələri beynəlxalq idman federasiyalarının tərkibindən xaric olunmalıdır" - deyə sənəddə deyilir.


Bunu Avstraliya, Avstriya, Belçika, Almaniya, Daniya, İspaniya, İtaliya, Kanada, Fransa, Rumınıya, Portuqaliya, Latviya, Litva və s. kimi ölkələr dəstəkləyib.


ABŞ-dakı Rusiya səfirliyində bu bəyənatı belə şərh ediblər:


"Qərb və ABŞ-ın növbəti rusofobiyası tutmalarının şahidi oluruq. Bu addıma siyasiləşdirilmiş məqsəd kimi baxırıq, Rusiyanı beynəlxalq aləmdən təcridə söykənir. Aydın görünür ki, Ukrayna sadəcə bahənədir".



Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər