Ru
18:30 / 27 Aprel 2024

İntihar edən hakimlə bağlı yeni detallar - Dəfnindən FOTOLAR/YENİLƏNDİ

19942

Bu gün intihar edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimi Xırdalan şəhər qəbiristanlığında baş tutub.

Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.

2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.

İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.

Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Mərhumun Aysel və Kənan adında iki övladı qalıb.


15:05

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.


Bakupost.az xəbər verir ki, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər