Ru
23:25 / 27 Aprel 2024

Azərbaycanda tur paketlər 300-400 dollar bahalaşıb

4226
Aprel ayında tur paketlər bahalaşıb.

Bakupost.az "Xezerxeber"ə istinadən xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir.

İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.

Ən çox tələbat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu il bu istiqamət üzrə qiymətlər tez, həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.

Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər