Ru
11:09 / 25 May 2022

Abşeron Gənclər Şəhərciyində yanğın - YENİLƏNİB - VİDEO

Abşeron Gənclər Şəhərciyində yanğın -  YENİLƏNİB - VİDEO
Eye

Abşeronda yanğın hadisəsi qeydə alınıb.


Bakupost.az –ın məlumatına görə, hadisə bu gün səhər saat 11 radələrində Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində baş verib.

Belə ki, yaşayış massivindəki 85-ci blokda başlayan yanğın mənzilə yayılıb.

Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğın söndürülür.




Aygün Nəbiyeva
BakuPost


***

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-dən Bakupost.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.


Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar