Ru
18:30 / 03 Oktyabr 2022

"Açıq mikrofon" bu dəfə Tərtərdə - FOTO

1316
Abonentlərin qarşılaşdığı problemlərin həlli məqsədilə SOCAR "Azəriqaz”İB-nin Azərbaycanı rayonbarayon gəzən "Səyyar qəbul otağı” həftənin ilk iş günündə Tərtərdə qurulub.


Bakupost.az xəbər verir ki, aksiyaya ümumilikdə 14 müraciət daxil olub. Əzəmət Əvəzlinin timsalında daha 4 abonent fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı ünvanlanan müraciətlərin də sayı 4 olub. Müraciətlər siyahısında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin qoyulması kimi istəklər yer alıb. Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.
"Açıq mikrofon" bu dəfə Tərtərdə - FOTO
"Açıq mikrofon" bu dəfə Tərtərdə - FOTO
"Açıq mikrofon" bu dəfə Tərtərdə - FOTO
"Açıq mikrofon" bu dəfə Tərtərdə - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər