Ru
23:22 / 22 Noyabr 2022

AEBA-dan İranın nüvə obyekti ilə bağlı QƏRAR

926
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın Fordodakı nüvə obyektinə nəzarət etmək üçün fəaliyyətini gücləndirəcək.


Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün bildirib ki, İran Fordo yanacaq zənginləşdirmə zavodunda mövcud iki IR-6 sentrifuqa kaskadından istifadə etməklə yüksək zənginləşdirilmiş uranın - 60%-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) istehsalına başlayıb.


AEBA Rəhbərlər Şurası İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə, sənədləri və bu obyektlərə girişi təmin etməyə çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər