Ru
23:29 / 01 Oktyabr 2024

Ağ Ev: Bu hücumun İran üçün çox ağır nəticəsi olacaq

3000
ABŞ administrasiyası İsrailə qarşı hazırkı raket hücumunun İran üçün ciddi nəticələri olacağını təsdiqləyir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə xüsusi brifinqdə çıxış edən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

O, Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı sualın qaldırılmasını qanuni adlandırıb:

"Tamamilə qanuni sualdır. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Mən burada sizin qarşınızda dayanaraq bu suala cavab verməyim hələ tezdir. <...> Biz bu hücumun nəticələrinin olacağını açıq şəkildə bildirdik. Çox ağır nəticələri olacaq. Biz israillilərlə birlikdə bunun belə olması üçün işləyəcəyik”, - deyə Amerika liderinin müşaviri bildirib.

O, təfərrüatlara varmayıb.

Ağ Ev bildirib ki, İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf edilməsində iştirak edib. Ağ Ev qeyd edib ki, ABŞ İranın zərbəsi nəticəsində İsraildəki hərbi və ya strateji hədəflərə ziyan dəyməsi, hər hansı ölüm faktı barədə məlumatsızdır. Ağ Ev bildirib ki, Birləşmiş Ştatlar İranın İsrailə hücumunu ciddi eskalasiya hesab edir və növbəti mümkün addımları öyrənir.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar