Ru
11:36 / 24 Mart 2023

"Ağdam qaçqını" şəhid anasının 200 manatını mənimsədi - FOTO

2307
Tovuz rayonunda şəhid anasını aldadaraq pulunu mənimsəyiblər.

Bakupost.az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu öz Facebook hesabında paylaşım edib.

O bildirib ki, adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxs Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq 200 manatını mənimsəyib.

E.İslamoğlu qeyd edib ki, həmin şəxs şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir:

"Adını Bəxtiyar deyərək, özünü Ağdam qaçqını kimi tanıdıb. Əgər doğrudan da Ağdamlıdırsa, onda şəhidlərin haqqı bu adama haram olsun. Torpağını, dədə-baba yurdunu düşməndən azad edən şəhidin anasını aldatmaq rəzillikdir".

Elyar İslamoğlu dostluğundakı ağdamlılara müraciət edərək həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşub. O qeyd edib ki, həmin şəxs şəhid anasından üzr istəyib pulunu özünə qaytarmalıdır.

Əfsanə Rəcəb,
BakuPost

Şərhlər
  • BABA

    Sifətinə baxan kimi bilinir ki yezididir bu peysər !

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər