Ağdərədə minaya düşən şəxs xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, 46 yaşlı Q.Quliyevə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Hazırda yaralı Q.Quliyev əməliyyata götürülüb. Onun sol ayağının topuq nahiyəsi amputasiya olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdərədəki mina partlayışı ilə bağlı birgə məlumat yayıb.
Bakupost.az xəbər verir ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!