Ru
21:28 / 10 İyul 2025

"Qarabağ"da növbəti ayrılıq - Rəsmi

"Qarabağ"da növbəti ayrılıq - Rəsmi
Eye

"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Qeyd edək ki, "Qarabağ" daha öncə Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli ilə də yollarını ayırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar