Ru
15:28 / 28 Yanvar 2022

Agentlikdən qazinin pensiyasının kəsilməsi ilə bağlı açıqlama

2262
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğluna əlilliyə görə verilən sosial ödənişin dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Bakupost.az xəbər verir ki, Agentliyin mətbuat katibi Tural Qurbanov yayılan məlumatın əsassız olduğunu bildirib:


“Rizvan Qarayevə əlillik təyin edilib və ödəniş də davam edir. Belə ki, şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində olan diaqnoz üzrə qanunverciliyə uyğun olaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar III dərəcə müddətsiz (ömürlük) əlillik təyin olunub. Əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən götürülür. O, əliliyə görə bütün sosial ödənişlərini də həmin vaxtdan hesablanmaqla alacaq. Bu barədə onun özünə də elə müayinədən sonra məlumat verilib.

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü halında və digər ətraflarda və orqanlarda patofunksional pozuntular olmadıqda III dərəcə əlillik təyin edilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, R.Qarayev videomüraciətində bildirib ki, o, Aprel döyüşlərində ağır yaralanıb, bir ayağı dizdən kəsilib: “Mənə ikinci qrup əlillik təyin edilmişdi. İndi komisssiyadan keçəndə məlum oldu ki, mənə üçüncü qrup əlillik təyin edilib”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər