Ru
18:08 / 18 Mart 2024

Aİ hərbi sifarişləri ikiqat artırmalıdır - Şarl Mişel

1423
Avropa İttifaqı dövlətləri 2030-cu ilə qədər Avropa müdafiə sənayesindən silah və sursat sifarişlərini iki dəfə artırmalıdır ki, “sülh arzulayaraq müharibəyə hazır olsunlar”.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Euractiv portalı üçün məqaləsində bildirib.

"Biz 2030-cu ilə qədər Avropa sənayesindən hərbi sifarişlərin həcmini ikiqat artırmağı qarşımıza məqsəd qoymalıyıq. Bu, bizim şirkətlərimizə daha çox proqnozlaşdırmaq imkanı verəcək. Çoxillik müqavilələr də onları silah istehsalını genişləndirməyə sövq edəcək", - o yazıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər