Ru
16:47 / 29 Aprel 2024

"Elə söz deməmişəm" - Musabəyovdan Başkəndlə bağlı yeni açıqlama

2600
“Prezident İlham Əliyev deyib ki, Ermənistan sərhədə yaxın kəndləri qeyd-şərtsiz qaytarmalıdır. Qalan eksklavlar, yəni 4 bizim kənd və Başkənd məsələsi var. Ermənilər deyirlər ki, Azərbaycan eksklavları balacadır, amma Başkənd böyükdür, baş-başa dəyişdirilə bilər. Mən isə deyirəm ki, yox. Ona görə ki, Azərbaycan eksklavlarının strateji əhəmiyyəti Başkənddən daha böyükdür. Dəyişmək, qaytarmaq mənim sözüm deyil”.

Bunu politoloq Rasim Musabəyov Bakupost.az -a açıqlamasında deyib.

Politoloq bildirib ki, o, Başkəndi Ermənistana vermək barədə fikir səsləndirməyib:

“Mən demişəm ki, Azərbaycan eksklavları balaca olmağına baxmayaraq strateji əhəmiyyətləri Başkənddən daha böyükdür. Burada nə var ki? Fikirləri təhrif etmək və şişirtmək lazım deyil”.

Qeyd edək ki, İTV-nin “Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?” materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.

Belə ki o, açıqlamasında bildirib: “İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.

Musavat.com bildirib ki, ermənilər Rasim Musabəyovun Başkəndlə bağlı təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar:

"Bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı “konstruktiv və ədalətli” təkliflə çıxış edib".

Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər