Ru
19:35 / 16 May 2024

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH-dən açıqlama

2350
Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən "Xaqani” parkının (keçmiş "Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyətindən bunun orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlı olduğu bildirilib.

"Hazırlanmış xüsusi layihə əsasında "Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək".


"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH-dən açıqlama
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər