Ru
20:09 / 16 May 2024

Ərdoğan İrakli Kobaxidze ilə görüşdü - VİDEO

Ərdoğan İrakli Kobaxidze ilə görüşdü - VİDEO
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi “X” hesabında paylaşım edib.

Daha sonra İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşdə iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə edilib. Eyni zamanda Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama veriblər.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar