Böyük Britaniyada genetik tərkibi unikal olan səkkiz körpə dünyaya gəlib. Onların DNT-sində üç fərqli insanın materialı var.
Bakupost.az -ın Sky News-a istinadən məlumatına görə, bu, sağalmaz irsi xəstəliklərin ötürülməsinin qarşısını almağa yönəlmiş eksperimental tibbi prosedurun nəticəsidir.
Proqramda iştirak edən bütün qadınlarda təhlükəli genetik mutasiyaları öz övladlarına ötürmək riski yüksək idi. Metodun mahiyyəti, ananın zədələnmiş mitoxondrilərinin sağlam donor mitoxondriləri ilə əvəz olunması idi. Bunun üçün alimlər mutasiyalı anaya məxsus yumurta hüceyrəsindən genetik materialı götürüb, əsas DNT-si olmayan, lakin sağlam mitoxondrilərə sahib donor yumurta hüceyrəsinə köçürüblər.
Bu prosedurdan keçən 22 qadından yalnız yeddisi hamilə qala bilib ki, bu da 36%-lik uğur göstəricisidir. Nəticədə səkkiz körpə doğulub və onlardan beşi irsi xəstəliklərdən tamamilə azad olub.
Lalə,
BakuPost