“Ramiz Mehdiyev yaşda olan prezidenti Elmlər Akademiyasına göndərməyə ehtiyac yoxdur”.
Bunu
Bakupost.az -a
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.
O bildirib ki, Elmlər Akademiyasının rəhbəri elm aləmində nüfuzlu bir şəxs olmalıdır:
“Elmlər Akademiyası elmimizin əsas mərkəzi kimi qorunub saxlanılmasının tərəfdarıyam. Ümumiyyətlə, gəncləşmənin tərəfdarıyam.
Amma burada yaş prinsipi olmalıdır demək də doğru olmaz. Azərbaycanın elmi həyatı bu vaxta qədər dünyanın bir sıra fərqli elm siyasəti aparılmış ölkələrindən bir qədər geridə qalır. Elmlər Akademiyasının son 10 ildə geriləməsinə baxmayaraq, hələ də Azərbaycanın ictimai-siyasi və elmi fəaliyyətinin mövcudluğunu saxlamaqda davam etdirir.
Dağıtmaq yox, təkmilləşdirməyə ehtiyac var. Eyni zamanda Elmlər Akademiyasının özündə kifayət qədər istedadlı alimlərimiz var ki, onların fəaliyyəti nəzərə alınmaqla seçimlər ola bilər. Kadr məsələsinə konkret yanaşmaq lazımdır. R. Mehdiyev artıq çox yaşlıdır, inanmıram ki, yenidən o yaşda təyinat olsun. Düzdür, bizdə "heç vaxt ola bilməz" demək bir az çətindir. Güman edirəm ki, universitetlərdə, xaricdə kifayət qədər böyük elmi təcrübə görmüş müvafiq kadrlar var.
Əlbəttə ki, elm aləmində nüfuzlu şəxsin Elmlər Akademiyasında rəhbər olması yaxşı olardı. Lakin təşkilatçılıq işi tələb etmir ki, mütləq alim olsun. Hazırda problem dövlətin elm siyasətinin konkretləşməsində, müəyyənləşməsində və Azərbaycanda elmi fəaliyyətin strategiyasının doğru həyata keçirilməsindən ibarətdir”.
Fəridə
Baku Post