Ru
12:57 / 17 İyun 2022

ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü - YENİLƏNİB

ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü -  YENİLƏNİB
Eye

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.


ANAMA-nın mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.



***

10:21


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.


Bu barədə Bakupost.az -a agentlikdən bildirilib.

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində qeydə alınıb. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar