Ru
11:46 / 11 May 2022

Arvadını məftillə boğub öldürən şəxsə hökm oxundu

Arvadını məftillə boğub öldürən şəxsə hökm oxundu
Eye

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.



Bakupost.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.





Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar