Ru
12:08 / 09 May 2022

Arvadını öldürüb qaynanasını yaraladı

Arvadını öldürüb qaynanasını yaraladı
Eye

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda qadının qətli ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a daxil olan məlumayda deyilir:

"Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar