Ru
21:27 / 13 May 2024

Aşpazların diqqətinə: Azərbaycanda çempionat keçiriləcək

Aşpazların diqqətinə: Azərbaycanda çempionat keçiriləcək
Eye

Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:

"Qitə çempionatı "İnterFood Azerbaijan 2024” sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan şəxs beynəlxalq yarışa göndəriləcək”.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar