Ru
09:13 / 06 Oktyabr 2022

Astronomlar "Süd Yolu"nun kütləsini dəqiqləşdirib

Astronomlar "Süd Yolu"nun kütləsini dəqiqləşdirib
Eye

Çin astronomları avstraliyalı həmkarları ilə birlikdə Süd Yolu qalaktikasının kütləsini dəqiqləşdirib.


Bakupost.az xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.


Yeni hesablamaya görə, onun kütləsi təxminən 550 milyard günəşə bərabərdir.


"Bu o deməkdir ki, qalaktikamızda gözlənildiyindən qat-qat az qaranlıq - parıldamayan, lakin cazibə xüsusiyyətlərinə malik materiya var. Son araşdırmamızın nəticələri Süd Yolunun əvvəllər düşündüyümüzdən daha “nazik” olduğunu göstərir" - deyə Milli Astronomiya Laboratoriyasından Syue Сyansyan deyib.


Qalaktikanın kütləsinin dəqiq qiymətləndirilməsi üçün ondakı dinamik proseslərin düzgün təsviri , məsələn, spiral qolların nüvə ətrafında fırlanmasını hesablamaq lazımdır.


Qeyd edək ki, yeni işin əsasını təşkil edən məlumatlar Çin Sinlun Rəsədxanasında LAMOST spektrometrindən istifadə etməklə əldə edilib.

Fərid
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar