Ru
12:12 / 24 May 2024

"Atalıq məzuniyyəti ödənişli olmalıdır” - Deputat

"Atalıq məzuniyyəti ödənişli olmalıdır” - Deputat
Eye

“Qanunvericiliyə əsasən, uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Amma ödənişsiz olduğu üçün heç bir ata bu hüquqdan istifadə etmir. Bildirirlər ki, ödənişsiz məzuniyyət ailə büdcəsinə zərər verir. Bu səbəbdən atalıq məzuniyyəti də ödənişli olmalıdır”.




Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Bakupost.az -a bildirib.

O qeyd edib ki, atalara verilən 14 günlük məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər var:

“Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq biz bununla bağlı bir neçə dəfə təkliflər vermişik. Fikrimizcə, qanunvericilikdə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı dəyişikliyin edilməsinə ehtiyac var”.

Sevinc,
BakuPos

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar