İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə danışıqların növbəti raundunun vaxtı açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə dialoqa vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, danışıqların beşinci raundu mayın 23-də Romada baş tutacaq.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb.