Bakı hava limanında təyyarə enişi zamanı sərnişin vəfat edib.
Bakupost.az xəbər verir ki, Rusiya Federasiyası vətəndaşı, onkoloji xəstəlikdən əziyyət çəkən Rəhmanova Esmira Məlik qızı Surqut–Bakı aviareysi ilə uçuş zamanı vəfat edib.
Ətraflı
Hadisə təyyarə Bakı şəhərinə eniş edərkən baş verib. Məlumata görə, Rəhmanova Esmira Məlik qızının səhhətində mövcud olan ağır xəstəlik ölümə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.