Ru
11:37 / 22 May 2025

İsrailli diplomatları güllələyəb saxlanıldı - VİDEO

İsrailli diplomatları güllələyəb saxlanıldı - VİDEO
Eye

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakupost.az “CNN”ə istinadən xəbər verir ki, həmin şəxs 30 yaşlı Elias Rodrigesdir.

İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb.

Vaşinqtonun polis rəisi Pamela Smitin sözlərinə görə, güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Hadisə onlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Smit qeyd edib ki, E.Rodriges saxlanılarkən Fələstin lehinə şüarlar səsləndirib.

“CNN”, həmçinin qeyd edib ki, o, saxlanılan zaman hadisəni törətdiyini etiraf edib və silahı hara atdığını bildirib.

Hadisə şahidləri isə qeyd edib ki, Rodriges israilli diplomatlara atəş açdıqdan sonra muzeyə daxil olmaq istəyib, lakin mühafizə tərəfindən içəri buraxılmayıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar