Ru
11:39 / 22 May 2025

Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi

Şəmkirdə 2 milyonluq yeyinti -  Direktor həbs edildi
Eye

“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.



Şəmkirdə 2 milyonluq yeyinti -  Direktor həbs edildi
Şəmkirdə 2 milyonluq yeyinti -  Direktor həbs edildi
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar