Ru
15:51 / 22 May 2025

TƏBİB-dən stomatoloqlardan pul tələb olunması iddiasına REAKSİYA

TƏBİB-dən stomatoloqlardan pul tələb olunması iddiasına  REAKSİYA
Eye

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən stomatoloqlardan Bakı üzrə 1 800 manat, regionlar üzrə isə 1 200 manat pul vəsaiti tələb olunması iddiasına sözügedən qurum cavab verib.

Bakupost.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında deyib ki, konkret rəqəm yoxdur:

"Qərar qəbul olunarsa, ola bilsin ki, paytaxta və regionlara görə dəyişsin. Amma hazırda hər hansı bir rəqəmdən söhbət getmir. Stomatoloqların xidmət həcmi, iş şəraiti və gəlirləri nəzərdən keçirilir. Stomatoloji xidmətlərə görə rəsmi ödənişlər POS-terminallar vasitəsilə olmalıdır. Yəni bank ödənişləri həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, tibb müəssisələri dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsinə gəlirlərini ödəyən müəssisələr hesab edilir. Məqsəd maliyyə şəffaflığını artırmaqdır".

Z.Ədilova əlavə edib ki, stomatoloqlarla gün ərzində və növbəti günlərdə qrup şəklində danışıqlar aparılacaq:

"Müzakirələr ötən həftədən həyata keçirilir. Onların hər birinin fikri dinləniləcək. Əlimizdə konkret plan, təklif və ya rəsmi qərar yoxdur. Hələ müzakirələr aparılır. Müzakirələrdən sonra ən optimal qərar qəbul ediləcək. Maliyyə şəffaflığı təmin ediləcək, infrastruktur yaxşılaşdırılacaq. İstənilən qərar ədalət prinsiplərinə söykənəcək. Bütün qərarların həm hüquqi, həm də iqtisadi əsaslandırılması olacaq".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar