Ru
13:29 / 22 May 2025

İsrail diplomatlarını güllələyən şəxs cinayəti etiraf etdi

İsrail diplomatlarını güllələyən şəxs cinayəti etiraf etdi
Eye

Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının qətlində şübhəli bilinən Elias Rodriqez, cinayətdə iştirak etdiyini dolayı şəkildə etiraf edib.

Bakupost.az xəbər verir ki, Reuters-in məlumatına görə, bu barədə açıqlamanı paytaxt polis idarəsinin rəisi Pamela Smit verib.

Rodriqez atəş açdıqdan sonra israilli diplomatların tez-tez getdiyi Yahudi Muzeyinə daxil olub və orada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, qandallandıqdan sonra silahı atdığı yeri göstərib və həmin silah polis tərəfindən müsadirə olunub. Smit, Vaşinqtonun meri Muriel Bouserə verdiyi brifinqdə bildirib ki, Rodriqez cinayəti törətdiyini açıq şəkildə bəyan edib.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar