Ru
10:13 / 07 Yanvar 2026

Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi

Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi
Eye

Sabunçu rayonunda maşın sərxoş kişini vurub.

Bakupost.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Toğrul Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Əmirovu vurub.

Kənan Əmirov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar