Metronun "Nərimanov" stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.
Bakupost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, faciəli şəkildə ölən şəxs - 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.