Ru
22:52 / 07 Yanvar 2026

"Qızlarınızı Bakıya göndərməyin, gəlib nə oyundan çıxdıqlarını GÖRÜN"

"Qızlarınızı Bakıya göndərməyin, gəlib nə oyundan çıxdıqlarını GÖRÜN"
Eye

"Space TV"də yayımlanan "Gəl danış" verilişində aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açıb.

Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, proqram zamanı aparıcı xüsusilə qızların bölgələrdə deyil, Bakıda ali təhsil almasını tənqid edib. O, paytaxtda tələbə gənclərin davranışları ilə bağlı narazılığını ifadə edərək bildirib ki, ölkənin müxtəlif regionlarında kifayət qədər ali təhsil müəssisəsi mövcuddur və valideynlər övladlarını yaşadıqları əraziyə yaxın universitetlərə yönəltməlidirlər.

Amil Xəlil çıxışında Bakıdakı tələbə mühitində müşahidə etdiyini iddia etdiyi mənfi hallardan danışıb, bölgə universitetlərinin isə haqsız yerə aşağı qiymətləndirildiyini vurğulayıb. O, valideynlərə müraciət edərək övladlarını göndərdikləri mühitə diqqət yetirməyə çağırıb və bölgələrdə yerləşən ali məktəblərin də keyfiyyətli təhsil verdiyini qeyd edib.

Aparıcının bu açıqlamaları sosial şəbəkələrdə və tamaşaçılar arasında birmənalı qarşılanmayıb, fikir müxtəlifliyi və müzakirələrə səbəb olub.

Şərhlər
  • Liya

    Çox gözəl deyib aparıcı rayonlardan oxumaqa gələn qızlar otellərdə fayselik edib Bakıda əxlaqsızliq yayırlar

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar