Ru
21:45 / 07 Yanvar 2026

Rusiyadan Odessanın 2 limanına zərbə: Ölən və yaralananlar var

Rusiyadan Odessanın 2 limanına zərbə: Ölən və yaralananlar var
Eye

Rusiya ordusu Ukraynanın Odessa vilayətindəki iki limanı növbəti dəfə pilotsuz təyyarə və raketlərdən atəşə tutub.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın baş nazirin yenidənqurma məsələləri üzrə müavini, icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba məlumat verib.

"Təəssüf ki, bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı veririk. Azı beş nəfər yaralanıb və bütün lazımi tibbi yardım göstərilir", - Kubela bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində liman qurğularına, inzibati binalara və neft konteynerlərinə ziyan dəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar