ABŞ Prezidenti Donald Tramp amerikalı konqresmen Duqla Malfanın ölümü ilə əlaqədar ölkədəki bayraqların yarıya qədər endirilməsini əmr edib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının təmsilçisi Duqla Malfa 65 yaşında ölüb. O, Şimali Kaliforniyada yerləşən birinci seçki dairəsini təmsil edib və Konqresin Qərb Fraksiyasının sədri olub.