Ru
13:48 / 22 May 2025

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalara hazırlaşır

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalara hazırlaşır
Eye

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar qəbul olunması üçün Ağ Evdən göstəriş gözləyir.

Bakupost.az xəbər verir ki, bu barədə senatın çoxluq lideri Con Tyun “Le Monde” nəşrinə açıqlamasında bildirib.

Məlumata görə, Rusiya Federasiyasına qarşı əlavə iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi Senatda geniş dəstək qazanıb – sənədi 81 senator imzalayıb. Lakin hələlik Respublikaçılar Partiyasının lideri onun səsverməyə çıxarılıb-çıxarılmayacağı barədə qərar verməyib.

Qanun layihəsinin müəlliflərindən biri olan senator-republikaçı Lindsi Qrem (Rusiyanın Maliyyə Monitorinq Xidməti tərəfindən ekstremistlər və terrorçular siyahısına salınıb) və demokrat senator Riçard Blumental bu barədə birgə bəyanat yayıblar:

“Əgər Rusiya Ukrayna ilə davamlı sülh danışıqlarına getməkdən imtina edərsə, bu sanksiyalar qüvvəyə minəcək. Layihə həmçinin Rusiya resurslarını idxal edən ölkələrdən gətirilən məhsullara 500 faizlik idxal rüsumu tətbiqini nəzərdə tutur.”

Sənəddə Rusiya nefti, qazı və digər strateji resurslarını alan ölkələrə qarşı tariflərin tətbiqi də əsas müddəalardan biridir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar