Ru
17:13 / 22 May 2025

150 ton qızıl TAPDI - Dövlət əlindən ALDI

150 ton qızıl TAPDI - Dövlət əlindən ALDI
Eye

Fransada fermer öz torpağında dəyəri milyardlarla ölçülən qızıl külçələr tapıb.

“Bakupost” xəbər verir ki, 52 yaşlı Mişel Dupon öz torpağını yoxlayarkən təsadüfən külçələri əldə edib.

"Mən yeri yoxlayırdım və qəribə parıltı gördüm. Qazmağa başlayanda gözlərimə inanmadım".

İlkin hesablamalara görə, onun fermasının altında ümumi dəyəri təxminən 3,5 milyard avro olan 150 tona qədər qızıl ola bilər.

Fransız səlahiyyətliləri tez müdaxilə edərək, fermerə qiymətli metalı çıxarmağı qadağan edib. Fransa qanunlarına görə, yerin altı xüsusi torpaq altında olsa belə, dövlətə məxsusdur. Ona görə də, Dupon özü bir qramı da özünə götürə bilməz.

"Onlar mənə başa saldılar ki, bütün yoxlamalar tamamlanana qədər heç nə etmək mümkün deyil".

Eyni zamanda, o, artıq həyatının dəyişdiyini qeyd edir, çünki onun təsərrüfatına bitişik torpaq sahəsini almaq istəyənlərin sayı artıb.

Aygün, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar