Ru
12:43 / 22 May 2025

Moskva səmasında xaos - Uçuşlar dayandırıldı

Moskva səmasında xaos -  Uçuşlar dayandırıldı
Eye

Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında yüzlərlə sərnişin qalıb.

Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində uçuşların təxirə salınmasıdır.

Bildirilib ki, Vnukovo hava limanında azı 13, Domodedovoda isə 11 uçuş təxirə salınıb. Gəliş reyslərində də gecikmələr var. Gözləmə zonalarında, o cümlədən uşaqlı ailələrlə birlikdə çox sayda sərnişin toplanıb.

Məlumata görə, hətta bəzi sərnişinlər gecə saatlarında yola düşməli idilər, lakin reyslər dəfələrlə təxirə salınıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə 105 Ukrayna dronu vurulub. Bunlardan 35-i Moskva üzərində məhv edilib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar