Çinin "BYD" şirkəti Avropa bazarına çıxmaq cəhdlərində dönüş nöqtəsinə nail olaraq, bu bölgədə "Tesla"dan daha çox elektromobil satıb.
Bakupost.az xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, ötən ay BYD Avropada 7 231 tam elektrikli avtomobil qeydiyyatdan keçirib, Tesla üçün isə bu göstərici 7 165 olub.
“Bu, Avropa avtomobil bazarı üçün dönüş nöqtəsidir, xüsusilə nəzərə alsaq ki, "Tesla" uzun illərdir ki, Avropada batareya ilə işləyən elektromobillər bazarına liderlik edirdi və "BYD" yalnız 2022-ci ilin sonunda Norveç və Niderlanddan kənarda fəaliyyətə başlayəb”, – deyə avtomobil bazarının təhlili ilə məşğul olan "Jato Dynamics" tədqiqat şirkətinin analitiki bildirib.
Aysel,
BakuPost