Yəməndəki "Ənsarullah" hərəkatına bağlı husilər İsrailə qarşı hücumlarını gücləndirmək məqsədilə imkanlarını ikiqat artırmağı hədəfləyir.
Bakupost.az "TASS"a istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari bu barədə məlumat verib.
Sözçü "Əl-Məsirah" televiziyasına verdiyi açıqlamada bildirib:
“Yəmən silahlı qüvvələri dəstək əməliyyatlarını genişləndirmək və toqquşmaları intensivləşdirmək üçün qabiliyyət və imkanlarını ikiqat artırmaq üzərində çalışır.”
Sari həmçinin əlavə edib ki, husilərin fələstinlilərlə həmrəylik məqsədilə həyata keçirdiyi bu dəstək əməliyyatlarına aşağıdakılar daxildir:
Ben Qurion hava limanının blokadası;
Hayfa limanına bütün gəmilərin girişinin qadağan edilməsi;
İsrail gəmilərinin Qırmızı dəniz və Ərəb dənizindən keçməsinin qarşısının alınması.
Aysel,
BakuPost