Qazaxda avtomobili qatarla toqquşub, xəsarət alan var.
Bakupost.az xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb. Nəticədə qatar yük maşınını vurub. Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.
Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.