Ru
12:22 / 22 May 2025

Kənan Quluzadəyə yüksək vəzifə verildi

Kənan Quluzadəyə yüksək vəzifə verildi
Eye

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin icrası Kənan Quluzadəyə tapşırılıb.

Bakupost.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

Nağıyevin müvafiq əmri ilə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Aparat rəhbəri vəzifəsini də icra edəcək.

Xatırladaq ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırıldığı bildirilib. Bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nağıyevə şiddətli töhmət verilib. Hadisədən sonra qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən azad edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar