Avstraliya "Alzeymer" xəstəliyinin erkən mərhələlərini müalicə etmək üçün yeni bir dərmanı təsdiqləyib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, demansiya diaqnozu qoyulmuş insanların beşdə birindən azı bu müalicəyə uyğun olacaq və müalicənin dəyəri 80.000 ABŞ dollarını aşa bilər.
Bakupost.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, sözügedən dərman, "Alzheimer" xəstəliyinin erkən simptomatik mərhələsində olan yetkin şəxslərin müalicəsi üçün nəzərdə tutulub.
Bu, Terapevtik Vasitələr İdarəsi tərəfindən son 25 ildə təsdiqlənən ilk yeni müalicə üsuludur.
Aysel,
BakuPost